Vaginizm – həlli mümkündür!

Xüsusilə yeni evlənən cütlüklərinin həyatına ciddi şəkildə təsir edən vaginizm cəmiyyətimizdə kifayət qədər düzgün məlumatın olmadığ ı bir problemdir. Vaginizm evli olduğu halda cütlüklərin cinsi münasibətə girə bilmədiyi və nəticədə bir çox ailələrin dağılmasına səbəb olan narahatlıqdır. Bir çox cütlüklər yaşadıqları bu vəziyyətin nə olduğunu bilmədiyi üçün və ya bu problemin həlli barədə məlumatları olmadığı üçün çıxış yolu tapa bilmilər. Vaginizm cinsi münasibətə girmə qorxusu olaraq bilinir. Yəni qadın istəmədən vagina girişindəki əzələlər sıxılaraq cinsi münasibəti əngəlləyir və ya ağrılı cinsi münasibət olacağını zənn edərək münasibət yaşanılmır. İki tərəfin də rahat olmadığı bu münasibət şəkli dəfələrlə dəyişdirilməyə çalışılsa da (bir çox hallarda düzgün olmayan metodlarla dəyişdirilməyə çalışılır), nəticəsi olmur. Əslində ortaya çıxan vəziyyətin qısa xülasəsi belədir: vaginizm penis-vagina birləşməsinə qadın bədəninin və ruhunun rədd etmə reaksiyasıdır. Vaginizm qadın...