Kayıtlar

Şubat, 2019 tarihine ait yayınlar gösteriliyor

Hamiləlikdə İtburnu bitkisindən istifadə.

Resim
İtburnu bitkisinin tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, maqnezium, kalsium və fosforla zəngindir. Gələcək analar bununla orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif  viruslardan  özlərini qorumuş olarlar İtburnu çayı və ya dəmi: 1. İmmuniteti gücləndirir 2. İltihabi proseslərin qarşısını alır 3. Soyuqdəymə zamanı olduqca xeyirlidir 4. Sinir sistemini sakitləşdirir 5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır 6. Mədə ağrılarını götürür 7. Bağırsaqların təmizlənməsinə kömək edir 8. Ürək-damar xəstəlikləri üçün faydalıdır 9. İştahı açır 10. Qan təzyiqini aşağı salır 11. Maddələr mübadiləsini normallaşdırır 12. Sidikqovucu xassəyə malikdir 13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir Bir faktı da unutmayın ki, istənilən çaydan gün ərzində 1-2 stəkandan artıq istifadə sizin və gələcək körpənizin sağlamlığına ziyan verə bilər. İstifadədən öncə mütləq həkiminizlə məsləhətləşin! Dr. R əxşəndə Aslanova

Hamiləlikdə Zəncəfil bitkisinin faydaları.

Resim
Hamiləlik zamanı qadının bədənində müxtəlif dəyişikliklər olur. Səhər ürəkbulantıları və ya artan çəki diskomfort yarada bilər. Ən çox rast gəlinən problemlərdən biri mədə-bağırsaq xəstəliklərinin - qıcqırma, köpmə, mədə spazmaları və qəbizliyin artmasıdır. Qarında və beldə olan ağrılar, ayaq ağrıları əsas şikayətlər siyahısındadır. Zəncəfildən istifadə hamiləlikdə əzələ ağrısını azalda və həzmetməni yaxşılaşdıra bilər. 1) Zəncəfil qan dövranını yaxşılaşdırır 2) Qanda xolesterinin səviyyəsini aşağı salır 3) Soyuqdəymə və yüngül öskürəyə kömək edir 4) İltihab prosesinin qarşısını alır 5) Təzə (tər) zəncəfili çaya və yeməyə qataraq istifadə etsəniz, dəmir ehtiyatını və C vitaminini artırır, uşağın immun sistemini möhkəmlədir 6) Zəncəfilin tərkibində olan natriumun miqdarı aşağı olduğu üçün ondan istifadə təhlükəsizdir. Əsasən səhərlər narahat edən ürəkbulanmaların verdiyi diskomfortu yüngülləşdirir Bir faktı da unutmayın ki, istənilən çaydan gün ərzində 1-2 stəkandan

Hamilə vaxtı çay içmək olar mı?

Resim
     Hamiləlik  zamanı çay içmək qadağan olunmur. Sadəcə olaraq nə və vaxt içdiyinizə diqqət edin.      Əsasən yaşıl, bitki və meyvə çaylarına üstünlük verin. Yaşıl çaylar orqanizmdə olan soyuqdəymənin qarşısını alır, infeksiyalarla mübarizə aparır. Paket çaylardan istifadə etməyin, özünüz dəmlədiyiniz çaylardan için. Çalışın, çay çox tünd olmasın. Tünd çaylar ürəkdöyünməsini artırır.    Hamilə  vaxtı müxtəlif bitki, quru yarpaqlar və quru meyvələri də dəmləyib, içə bilərsiniz. Amma mütləq həkiminizlə məsləhətləşin. Məsələn, çobanyastığı (romaşka) çayını içmək olmaz, hamiləliyi bitirə bilər. Məkkəgülü (karkade) C vitamini ilə zəngindir, qripp və soyuqdəyməyə qarşı yaxşı dərmandır. Nanəli çay sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, itburnu çayı C, B, PP vitaminləri və dəmirlə zəngindir.     Həkimlərin məsləhətinə görə gün ərzində 3 stəkandan artıq çay içmək məsləhət deyil, xüsusilə axşam saatlarında. Dr. R əxşəndə Aslanova Tibb üzrə fəlsəfə doktoru https://rexshend

Yaxın gələcəkdə hamilə qalmağı planlaşdırıram. Hazırlıqlı olmaq üçün nə etməliyəm?

Resim
Bu çox mühüm bir sualdır! Hamillikdən öncə etdiklərimiz hamiləliyinizə təsir göstərə bilər mi?! Düzgün qidalanma, idman hərəkətləri və bol-bol dincəlməyə əlavə olaraq, sağlam bir hamiləlik yaşamaq və doğuş qüsurları olmayan bir körpəyə sahib olmaq üçün 5 əsas məqam var. Hər gün 0.4 mq (400 mcg*) fol tur şusu almağa başlayın, çünki orqanizminizdə bu mühüm B vitamininin uyğun səviyyəyə çatması müəyyən vaxt alacaq. Bu vitamini hamilə qalmadan əvvəl və hamiləliyin ilk dövrlərində almaq vacibdir, çünki bu qüsurlar, hamiləliyin ilk aylarında, qadınların bir çoxu daha hamilə olduqlarını fərq etmədən yaranırlar. Həkiminizlə görüşün və xüsusən rubellanı (məxmərək) yoxlatdırın. H amiləlikdə risk  yaradan infeksiyalara qarşı immunitetinizin olduğundan əmin olun. Əgər sizə təyin edilən bir dərman istifadə edirsinizsə, həkiminizin  hamilə qalmağı  planlaşdırdığınızın söyləyin. Əgər siqaret çəkirsinizsə, alkoqol və ya narkotik maddə istifadə edirsinizsə, ETMƏYİN! Bu maddələr körpənizin sa

Hamiləlikdə kosmetik məhsullardan istifadə edilə bilərmi?

Resim
    Hamiləlik müddətində hamilə qadınların məruz qaldıqları kimyəvi maddələr onlarda qorxu və narahatçılığa səbəb olur. Ana namizədlərin bu dönəmdə kosmetik məhsullardan istifadə edib etməməklə bağlı tərəddüdləri olur. Ümumiyyətlə hamiləlikdə kosmetik məhsullardan istifadə edilə bilər mi?. İlk öncə qeyd edim ki, a na namizədlər üçün narahatlıq mənbəyi olan, hamiləlik müddətində istifadə etdikləri kosmetik məhsulların mümkün  teratogen  (döl) təsirləri mövzusunda müxtəlif yanaşmalar mövcüddur. Hamiləlik müddətində məruz qaldıqda doğuşdan gələn anormallıqlara səbəb olan agentlərə teratogen,  fetusa  olan təsirlərinə də teratogen təsir adı verilir. Bu agentlər fetusun normal inkişafını əngəlləyə və nəticədə fetusta fiziki və zehni defektler meydana gətirə bilər.      Kosmetika, təmizləyici və gözəlləşdirən vasitələr: sabunlar, losyonlar, dezodorantlar, tərləməyə qarşı olan məhsullar, ətirlər, kosmetika avadanlıqları, saç lakları, saç boyaları, şampunlar bu qrupa daxil edilir. Agentləri

SÜNİ MAYALANMA NƏDİR ?

Resim
Süni   mayalanma   ki ş i   sonsuzlu ğ u ,  qad ı nlarda   u ş aql ı q   borular ı  olmad ı qda,   onlar ı n  k eçiriciliyi  tam şə kild ə  pozulduqda  və ya buna bənzər digər problemlər baş verdikdə ailə nin   yegan ə  xilas   yolu   hesab   edilir . Bu üsul ən çətin vəziyyətlərdə – sonsuzluğun müalicəsinin heç bir digər üsullarla effekt vermədiyi hallarda tətbiq edilir.  Süni mayalanma yolu ilə yumurta ilə sperma laboratoriyada mayalandırılıb uşaqlığa köçürülür. Yəni, q adın yumurta hüceyrəsi  (oosit) ilə kişi sperma hüceyrəsinin (sperma) laboratoriya şərtlərində birbaşa mayalandırılmasıdır. Mayalanmış yumurta hüceyrələrindən (embrion) bir neçəsinin seçilərək rəhim içinə yerləşdirilməsidir. Kimlərə Süni Mayalanma Tətbiq Olunur? Hər iki borusu bağlı olub sperma hüceyrəsinin yumurta hüceyrəsinə çataraq döllənmə şansı olmayan qadınlara; Sperma sayı, hərəkəti və ya normal sperma nisbəti (morfologiya) aşağı olan kişilərə; Bu problemlərin hamısı bir arada, ya da ayrı-ayrı olan xəs

Qeysəriyyə əməliyyatından sonra təbii doğuş etmək mümkündürmü?

Resim
Son onilliklərdə qeysəriyyə kəsiyi ilə aparılan doğuşların sayı xeyli artıb. Tibbi göstərişlər istisna olmaqda, bu statistikanın artmasının səbəblərindən biri təbii doğuş ağrısından ehtiyat edən xanımlardır. Bundan əlavə, insanlar arasında belə bir stereotip formalaşıb ki, bir dəfə qeysəriyyə kəsiyi ilə ana olan qadın, sonrakı hamiləliklərini də mütləq eyni şəkildə planlamalıdır. Bu göstərici də, qeysəriyyə əməliyyatlarının sayının çoxalmasına səbəb olub.  Lakin araşdırmamız göstərir ki, bu heç də belə deyil və qeysəriyyə kəsiyindən sonra təbii doğuş etmək müəyyən şərtlər gözlənilməklə mümkündür.  Qaynarinfo  məsələ ilə bağlı Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasında uzmanlıq təhsili almış, hazırda Baku Medical  Plazanın mama-ginekoloqu,  tibb elmləri namizədi Rəxşəndə Aslanova  ilə olan müsahibəni sizə təqdim edir. - Rəxşəndə xanım, qeysəriyyə əməliyyatından sonra təbii yolla uşaq dünyaya gətirmək mümkündürmü? - Bəli, mümkündür. Əgər hardasa 10 il öncə bu, riskl

Qadınların qorxusu – vaginizm?

Resim
Ailə qurmağa hazırlaşan qadınların ən böyük problemlərindən biri də vaginizmdir. Bəzən güclü ağrılar, nəfəs darlığı, hətta sinir böhranı və buna bənzər digər hallarla müşahidə olunan, qadınların qorxulu xəstəliyinə çevrilmiş vaginizmlə bağlı çoxlu mülahizələrin şahidi oluruq. Məsələ ilə bağlı Qaynarinfo-ya daxil olan sualların çoxluğunu da nəzərə alaraq, budəfəki mövzumuzu vaginizmə həsr etmək qərarına gəldik. Bu problem necə yaranır, onunla necə mübarizə aparmalı, xəstəlikdən tamami ilə qurtulmaq mümkündürmü kimi suallarımızı Baku Medical Plazanın uzman həkimi, cərrah, mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru  Rəxşəndə Aslanova  cavablandıracaq. - Doktor, gəlin, ilk olaraq problemin özündən başlayaq. Ümumiyyətlə, vaginizm nədir? - Vaginizm cinsi əlaqə zamanı qadının uşaqlıq yolu əzələlərinin qeyri-iradi olaraq yığması nəticəsində cinsi əlaqənin olmaması və ya çox çətin olması halıdır. Əslində uşaqlıq yolu əzələsi dediyimiz  Pubococcygeus (PC) əzələləri qadınların iradi şəkil