Kayıtlar

Nisan, 2019 tarihine ait yayınlar gösteriliyor

Azərbaycanda ilk dəfə vaginizmin həllinə multidisiplinar yanaşma (HƏKİM RƏYİ)

Resim
Vaginizm son dövrlərdə ailədaxili münasibətlərin pozulmasında önəmli rola sahib xəstəliklərdən biridir. Bu haqda kifayət qədər maarifləndirmənin olmaması və problemin vaxtında aşkarlanıb həkimə müraciət edilməməsi ailələrdə boşanmaya qədər gətirib çıxara biləcək problemlərə səbəb olmaqdadır. Ümumiyyətlə, vaginizm necə bir xəstəlikdir? Xəstəliyin tam sağala bilmə ehtimalı varmı? Bununla bağlı hansı sahənin həkimlərinə müraciət edilməlidir? Bu xəstəliyin həllinə multidisiplinar yanaşma necədir? Bu suallara cavab tapmaq üçün Qaynarinfo.az saytı olaraq bir araşdırma həyata keçirdik.  Müsahiblərimiz Azərbaycanda ilk dəfə vaginizmi mültidisiplinar yanaşma ilə birlikdə müalicə edən  Uzman cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Aslanova  və  Uzman psixoloji konsultant, cinsi münasibətlər üzrə terapevt Phd(c) Maarif Məmmədov dur.  - Əvvəlcə mənə maraqlı gələn bu yanaşmanı Maarif bəyə soruşmaq istəyirəm. Niyə multidisiplinar yanaşma? - Son dövrün tədqiqatlarına ba

HPV -nin diaqnostikası və müalicəsi

Resim
HPV mövzusunu davam etdiririk.  Bu dəfə virusun diaqnostikası və müalicəsi barədə danışacam ( #HPV haqqında daha geniş məlumat öncəki paylaşımlarda). Öncə qeyd edim ki, HPV-nin təhrik etdiyi xərçəng növləri adətən böyümənin axır mərhələlərinə qədər özünü biruzə vermir. Ona görə də virusla mübarizəyə profilaktik tədbirlər şəklində başlamaq lazımdır. İlkin profilaktik tədbir kimi virusun təhlükəli tiplərinə qarşı 10 yaşdan yuxarı qızlara Cervarix vaksini təyin edilir. Bundan əlavə, erkən yaşlardan hə oğlanlara, həm də qızlara cinsi tərbiyyə mövzusunda maarifləndirici işlər aparılmalıdır.  Problemlə ikinci profilaktik mübarizə üsulu mütəmadi skrininqlərin həyata keçirilməsidir. HPV skrininqinin iki əsas üsulu vardır. Bu, Pap və HPV genotipləmə (DNA) testləridir. Cinsi həyata başlamış 25-69 yaşlı bütün qadınlar hər 2 ildən bir bu yoxlanışlardan keçməlidir. Pap test uşaqlıqda anomal toxumaların aşkarlanmasına yardım edir. Bu test uşaqlıq boynu xərçənginin və ya HPV ilə əlaqəli digə