HPV -nin diaqnostikası və müalicəsi
HPV mövzusunu davam etdiririk. Bu dəfə virusun diaqnostikası və müalicəsi barədə
danışacam (#HPVhaqqında daha geniş məlumat öncəki paylaşımlarda). Öncə qeyd
edim ki, HPV-nin təhrik etdiyi xərçəng növləri adətən böyümənin axır mərhələlərinə
qədər özünü biruzə vermir. Ona görə də virusla mübarizəyə profilaktik tədbirlər
şəklində başlamaq lazımdır.
İlkin profilaktik tədbir kimi virusun təhlükəli
tiplərinə qarşı 10 yaşdan yuxarı qızlara Cervarix vaksini təyin edilir. Bundan əlavə, erkən yaşlardan hə oğlanlara, həm də qızlara cinsi tərbiyyə mövzusunda maarifləndirici işlər aparılmalıdır.
Problemlə
ikinci profilaktik mübarizə üsulu mütəmadi skrininqlərin həyata keçirilməsidir.
HPV skrininqinin iki əsas üsulu vardır. Bu, Pap və HPV genotipləmə (DNA) testləridir.
Cinsi həyata başlamış 25-69 yaşlı bütün qadınlar hər 2 ildən bir bu
yoxlanışlardan keçməlidir. Pap test uşaqlıqda anomal toxumaların aşkarlanmasına
yardım edir. Bu test uşaqlıq boynu xərçənginin və ya HPV ilə əlaqəli digər
problemlər haqda xəbər verə bilir. HPV genotipləmə testi isə artıq virus təsdiqləndikdən
sonra HPV-nin tipini müəyyən etmək üçün təyin edilir.
Təəssüf ki, HPV virusunun tamamilə müalicəsi hələlik tibbə məlum deyil. Ola bilər ki, immunitet özü bu problemlə mübarizə aparsın və o, insan orqanizmində yatmış şəkildə illərlə yaşasın. Lakin ola bilər ki, əksinə, zəif immunitet virusu bədəndə müxtəlif ziyillər, törəmələr şəklində biruzə versin.

Virusun özünü
tam müalicə etmək mümkün olmasa da, onun törətdiyi problemlərlə mübarizə
aparmaq mümkündür. Məsələn, genital bölgələrdə artıq mövcud ziyillərlə mübarizə
zamanı adətən müxtəlif dərman vasitələri, yandırılma (elektrokoaqulyasiya) və
ya dondurulma (kriodestruksiya) üsullarından istifadə olunur. Qeyd edim ki,
mümkündür ki, ziyillər bir müddət sonra yenidən yaransın. Lakin bu ziyilləri
mütəmadi aradan qaldırmaq tövsiyə olunur. Çünki paralel müşahidə olunan vaginal
infeksiyalar bu ziyillərin də artmasına və böyüməsinə, bunun isə arzuolunmaz xəstəliklərlə
nəticələnməsinə gətirib çıxara bilər.
Ümumiyyətlə, mütəmadi yoxlanışdan keçmə xəstəliyi vaxtında aşkarlama və müdaxiləsinə yardımçı ola, sağalma şansını artıra bilər.
Ümumiyyətlə, mütəmadi yoxlanışdan keçmə xəstəliyi vaxtında aşkarlama və müdaxiləsinə yardımçı ola, sağalma şansını artıra bilər.
Unutmayın ki, sağlamlığınız sizin əlinizdədir.
Dr. Rəxşəndə Aslanova
Yorumlar
Yorum Gönder