Hamiləlikdə İtburnu bitkisindən istifadə.

İtburnu bitkisinin tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, maqnezium, kalsium və fosforla zəngindir. Gələcək analar bununla orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif viruslardan özlərini qorumuş olarlar İtburnu çayı və ya dəmi: 1. İmmuniteti gücləndirir 2. İltihabi proseslərin qarşısını alır 3. Soyuqdəymə zamanı olduqca xeyirlidir 4. Sinir sistemini sakitləşdirir 5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır 6. Mədə ağrılarını götürür 7. Bağırsaqların təmizlənməsinə kömək edir 8. Ürək-damar xəstəlikləri üçün faydalıdır 9. İştahı açır 10. Qan təzyiqini aşağı salır 11. Maddələr mübadiləsini normallaşdırır 12. Sidikqovucu xassəyə malikdir 13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir Bir faktı da unutmayın ki, istənilən çaydan gün ərzində 1-2 stəkandan artıq istifadə sizin və gələcək körpənizin sağlamlığına ziyan verə bilər. İstifadədən öncə mütləq həkiminizlə məsləhətləşin! Dr. R əxşəndə ...