Hamiləlikdə İtburnu bitkisindən istifadə.

İtburnu bitkisinin tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, maqnezium, kalsium və fosforla zəngindir.Gələcək analar bununla orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif viruslardan özlərini qorumuş olarlar
İtburnu çayı və ya dəmi:
1. İmmuniteti gücləndirir
2. İltihabi proseslərin qarşısını alır
3. Soyuqdəymə zamanı olduqca xeyirlidir
4. Sinir sistemini sakitləşdirir
5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır
6. Mədə ağrılarını götürür
7. Bağırsaqların təmizlənməsinə kömək edir
8. Ürək-damar xəstəlikləri üçün faydalıdır
9. İştahı açır
10. Qan təzyiqini aşağı salır
11. Maddələr mübadiləsini normallaşdırır
12. Sidikqovucu xassəyə malikdir
13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir
Bir faktı da unutmayın ki, istənilən çaydan gün ərzində 1-2 stəkandan artıq istifadə sizin və gələcək körpənizin sağlamlığına ziyan verə bilər.
İstifadədən öncə mütləq həkiminizlə məsləhətləşin!

Dr. Rəxşəndə Aslanova
Tibb üzrə fəlsəfə doktoru

https://rexshendeaslanova.az/

Yorumlar

Bu blogdaki popüler yayınlar

HPV -nin diaqnostikası və müalicəsi

Cinsi istəksizliyin müalicəsi.

Vaginizm – həlli mümkündür!