SÜNİ MAYALANMA NƏDİR ?

Süni mayalanma kişi sonsuzluğuqadınlarda uşaqlıq boruları olmadıqda, onların keçiriciliyi tam şəkildə pozulduqda və ya buna bənzər digər problemlər baş verdikdə ailənin yeganə xilas yolu hesab edilir. Bu üsul ən çətin vəziyyətlərdə – sonsuzluğun müalicəsinin heç bir digər üsullarla effekt vermədiyi hallarda tətbiq edilir. Süni mayalanma yolu ilə yumurta ilə sperma laboratoriyada mayalandırılıb uşaqlığa köçürülür. Yəni, qadın yumurta hüceyrəsi (oosit) ilə kişi sperma hüceyrəsinin (sperma) laboratoriya şərtlərində birbaşa mayalandırılmasıdır. Mayalanmış yumurta hüceyrələrindən (embrion) bir neçəsinin seçilərək rəhim içinə yerləşdirilməsidir.
Kimlərə Süni Mayalanma Tətbiq Olunur?
  1. Hər iki borusu bağlı olub sperma hüceyrəsinin yumurta hüceyrəsinə çataraq döllənmə şansı olmayan qadınlara;
  2. Sperma sayı, hərəkəti və ya normal sperma nisbəti (morfologiya) aşağı olan kişilərə;
  3. Bu problemlərin hamısı bir arada, ya da ayrı-ayrı olan xəstələrə;
  4. Sperm aşılama müalicəsindən (3-4 dəfə) sonra uğurlu nəticəsi olmayan xəstələr
  5. Şiddətli endometriozisi olan qadınlara;
  6. Səbəbi bilinməyən sonsuzluq hallarına və s.


Süni mayalanmada uğur nisbəti nə qədərdir?
  • 35 yaşdan aşağı qadınlarda süni mayalanmanın uğur nisbəti 40% olaraq qeyd edilir;
  • 35-37 yaş arası qadınlarda uğur nisbəti 31%-dir;
  • 38-40 yaş arası qadınlarda uğur nisbəti 21%-dir;
  • 41-42 yaş arası qadınlarda uğur nisbəti 12,5%-dir;
  • 43 yaşında olan qadınlarda uğur nisbəti 6%-dir.


Süni mayalanma prosesi addım-addım necə həyata keçirilir?
  1. Dərman müalicəsi;
  2. Yumurta inkişafı təqibi;
  3. Yumurta toplanması;
  4. Sperma nümunəsi ilə yumurtaların birləşdirilməsi;
  5. Mayalanma;
  6. Rüşeymin (embrionun) uşaqlığa keçirilməsi;
  7. Hamiləlik testi.
Dr. Rəxşəndə Aslanova
Tibb üzrə fəlsəfə doktoru

https://rexshendeaslanova.az/

Yorumlar

Bu blogdaki popüler yayınlar

HPV -nin diaqnostikası və müalicəsi

Cinsi istəksizliyin müalicəsi.

Azərbaycanda ilk dəfə vaginizmin həllinə multidisiplinar yanaşma (HƏKİM RƏYİ)