Hamilə vaxtı çay içmək olar mı?

     Hamiləlik zamanı çay içmək qadağan olunmur. Sadəcə olaraq nə və vaxt içdiyinizə diqqət edin.

     Əsasən yaşıl, bitki və meyvə çaylarına üstünlük verin. Yaşıl çaylar orqanizmdə olan soyuqdəymənin qarşısını alır, infeksiyalarla mübarizə aparır. Paket çaylardan istifadə etməyin, özünüz dəmlədiyiniz çaylardan için. Çalışın, çay çox tünd olmasın. Tünd çaylar ürəkdöyünməsini artırır.
   Hamilə vaxtı müxtəlif bitki, quru yarpaqlar və quru meyvələri də dəmləyib, içə bilərsiniz. Amma mütləq həkiminizlə məsləhətləşin. Məsələn, çobanyastığı (romaşka) çayını içmək olmaz, hamiləliyi bitirə bilər. Məkkəgülü (karkade) C vitamini ilə zəngindir, qripp və soyuqdəyməyə qarşı yaxşı dərmandır. Nanəli çay sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, itburnu çayı C, B, PP vitaminləri və dəmirlə zəngindir.
    Həkimlərin məsləhətinə görə gün ərzində 3 stəkandan artıq çay içmək məsləhət deyil, xüsusilə axşam saatlarında.

Dr. Rəxşəndə Aslanova
Tibb üzrə fəlsəfə doktoru

https://rexshendeaslanova.az/

Yorumlar

Bu blogdaki popüler yayınlar

HPV -nin diaqnostikası və müalicəsi

Cinsi istəksizliyin müalicəsi.

Vaginizm – həlli mümkündür!