Kayıtlar

Vaginizm – həlli mümkündür!

Resim
Xüsusilə yeni evlənən cütlüklərinin həyatına ciddi şəkildə təsir edən vaginizm cəmiyyətimizdə kifayət qədər düzgün məlumatın olmadığ ı bir problemdir. Vaginizm evli olduğu halda cütlüklərin cinsi münasibətə girə bilmədiyi və nəticədə bir çox ailələrin dağılmasına səbəb olan narahatlıqdır. Bir çox cütlüklər yaşadıqları bu vəziyyətin nə olduğunu bilmədiyi üçün və ya bu problemin həlli barədə məlumatları olmadığı üçün çıxış yolu tapa bilmilər. Vaginizm cinsi münasibətə girmə qorxusu olaraq bilinir. Yəni qadın istəmədən vagina girişindəki əzələlər sıxılaraq cinsi münasibəti əngəlləyir və ya ağrılı cinsi münasibət olacağını zənn edərək münasibət yaşanılmır. İki tərəfin də rahat olmadığı bu münasibət şəkli dəfələrlə dəyişdirilməyə çalışılsa da (bir çox hallarda düzgün olmayan metodlarla dəyişdirilməyə çalışılır), nəticəsi olmur. Əslində ortaya çıxan vəziyyətin qısa xülasəsi belədir: vaginizm penis-vagina birləşməsinə qadın bədəninin və ruhunun rədd etmə reaksiyasıdır. Vaginizm qadın...

Cinsi istəksizlik?!

Resim
Cinsi terapiya zamanı qarşılaşdığımız hallardan biri də cinsi istəksizlik və ya cinsi münasibətdə olma istəyinin azalmasıdır. Cinsi istəksizlik mütəmadi və təkrarlanan şəkildə cinsi münasibətdə olmaq istəyinin azalması kimi tərif olunur. Biolojik faktorlar da nəzərə alınaraq (yaş, ümumi sağlamlıq), sosial həyat şərtləri (iş, ailə ortamı) və cinsi istəksizlikdən əvvəlki cinsi münasibəti barədə məlumatlarla dəyərləndirilmə aparılır. Cinsi istəksizlik bəzən doğuşdan sonra, hamiləlik, hər hansısa psixolojik travma, istifadə edilən dərmanlardan sonra ortaya çıxa bildiyi kimi bəzi hallarda isə pasiyentin özünü tanıdığı xatırladığı vaxtdan belə bir hal yaşadığı ifadə edilməkdədir. Cinsi istəyin azalmasında ən əhəmiyyətli səbəblərdən biri ailə münasibətlərində yaşanılan problemlərdir. Əgər partyorlar bir-birləri ilə düzgün ünsiyyət qurabilmirlərsə, ətrafda olan ancaq onları birbaşa əlaqələndirməyən problemlərlə özlərini yükləyirlərsə, cinsi münasibət və ya fantaziyalar az olursa, bir-birl...

Cinsi istəksizliyin müalicəsi.

Resim
İnsan başqa birinə bilərək ya da bilməyərək yönləndirdiyi cinsi həyəcan nəticəsində cinsi istək ortaya çıxır nəticədə onunla cinsi münasibət yaşamaq istəyir. Əgər hər hansısa problem yoxdursa cinsi həyəcan və cinsi istək eyni vaxtda olur. Tibbi bir əsası olmadan cinsi birləşməyə qarşı laqeydlik, cinsi fantaziyaların olmaması və ya az olması, cinsi münasibəti başlatmamaq və ya    partnyorun başlatmaq istəməsinə qarşılıq verməmək hər hansısa cinsi motivə qarşı cinsi istəyin az olması və ya olmaması cinsi istəksizlikdir. Bəzi insanlarda cinsi yetişkinlik dövründən istəksizlik yaşanılarkən, bəzilərində isə sonrdan ortaya çıxmışdır. Cinsi istək problemi əsasən cinsi istəkdə uyğunsuzluq, cinsi istəksizlik, cinsi diksinmə, hiperseksuallıq olaraq kateqoriya olunur. Cinsi istəksizlikdə cinsi birləşmə qabiliyyətinin olmasına baxmayaraq istək olmur. Cinsi istəksizlik müalicəsi zamanı pasiyentin yaşı və yaşam şərtləri diqqətlə incələnməlidir. Cinsi istəyi azaldan sosial, dini, psixol...

Hamiləlikdə İtburnu bitkisindən istifadə.

Resim
İtburnu bitkisinin tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, maqnezium, kalsium və fosforla zəngindir. Gələcək analar bununla orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif  viruslardan  özlərini qorumuş olarlar İtburnu çayı və ya dəmi: 1. İmmuniteti gücləndirir 2. İltihabi proseslərin qarşısını alır 3. Soyuqdəymə zamanı olduqca xeyirlidir 4. Sinir sistemini sakitləşdirir 5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır 6. Mədə ağrılarını götürür 7. Bağırsaqların təmizlənməsinə kömək edir 8. Ürək-damar xəstəlikləri üçün faydalıdır 9. İştahı açır 10. Qan təzyiqini aşağı salır 11. Maddələr mübadiləsini normallaşdırır 12. Sidikqovucu xassəyə malikdir 13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir Bir faktı da unutmayın ki, istənilən çaydan gün ərzində 1-2 stəkandan artıq istifadə sizin və gələcək körpənizin sağlamlığına ziyan verə bilər. İstifadədən öncə mütləq həkiminizlə məsləhətləşin! Dr. R əxşəndə ...

Hamiləlikdə Zəncəfil bitkisinin faydaları.

Resim
Hamiləlik zamanı qadının bədənində müxtəlif dəyişikliklər olur. Səhər ürəkbulantıları və ya artan çəki diskomfort yarada bilər. Ən çox rast gəlinən problemlərdən biri mədə-bağırsaq xəstəliklərinin - qıcqırma, köpmə, mədə spazmaları və qəbizliyin artmasıdır. Qarında və beldə olan ağrılar, ayaq ağrıları əsas şikayətlər siyahısındadır. Zəncəfildən istifadə hamiləlikdə əzələ ağrısını azalda və həzmetməni yaxşılaşdıra bilər. 1) Zəncəfil qan dövranını yaxşılaşdırır 2) Qanda xolesterinin səviyyəsini aşağı salır 3) Soyuqdəymə və yüngül öskürəyə kömək edir 4) İltihab prosesinin qarşısını alır 5) Təzə (tər) zəncəfili çaya və yeməyə qataraq istifadə etsəniz, dəmir ehtiyatını və C vitaminini artırır, uşağın immun sistemini möhkəmlədir 6) Zəncəfilin tərkibində olan natriumun miqdarı aşağı olduğu üçün ondan istifadə təhlükəsizdir. Əsasən səhərlər narahat edən ürəkbulanmaların verdiyi diskomfortu yüngülləşdirir Bir faktı da unutmayın ki, istənilən çaydan gü...

Hamilə vaxtı çay içmək olar mı?

Resim
     Hamiləlik  zamanı çay içmək qadağan olunmur. Sadəcə olaraq nə və vaxt içdiyinizə diqqət edin.      Əsasən yaşıl, bitki və meyvə çaylarına üstünlük verin. Yaşıl çaylar orqanizmdə olan soyuqdəymənin qarşısını alır, infeksiyalarla mübarizə aparır. Paket çaylardan istifadə etməyin, özünüz dəmlədiyiniz çaylardan için. Çalışın, çay çox tünd olmasın. Tünd çaylar ürəkdöyünməsini artırır.    Hamilə  vaxtı müxtəlif bitki, quru yarpaqlar və quru meyvələri də dəmləyib, içə bilərsiniz. Amma mütləq həkiminizlə məsləhətləşin. Məsələn, çobanyastığı (romaşka) çayını içmək olmaz, hamiləliyi bitirə bilər. Məkkəgülü (karkade) C vitamini ilə zəngindir, qripp və soyuqdəyməyə qarşı yaxşı dərmandır. Nanəli çay sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, itburnu çayı C, B, PP vitaminləri və dəmirlə zəngindir.     Həkimlərin məsləhətinə görə gün ərzində 3 stəkandan artıq çay içmək məsləhət deyil, xüsusilə axşam saatlarında. Dr. R əx...

Yaxın gələcəkdə hamilə qalmağı planlaşdırıram. Hazırlıqlı olmaq üçün nə etməliyəm?

Resim
Bu çox mühüm bir sualdır! Hamillikdən öncə etdiklərimiz hamiləliyinizə təsir göstərə bilər mi?! Düzgün qidalanma, idman hərəkətləri və bol-bol dincəlməyə əlavə olaraq, sağlam bir hamiləlik yaşamaq və doğuş qüsurları olmayan bir körpəyə sahib olmaq üçün 5 əsas məqam var. Hər gün 0.4 mq (400 mcg*) fol tur şusu almağa başlayın, çünki orqanizminizdə bu mühüm B vitamininin uyğun səviyyəyə çatması müəyyən vaxt alacaq. Bu vitamini hamilə qalmadan əvvəl və hamiləliyin ilk dövrlərində almaq vacibdir, çünki bu qüsurlar, hamiləliyin ilk aylarında, qadınların bir çoxu daha hamilə olduqlarını fərq etmədən yaranırlar. Həkiminizlə görüşün və xüsusən rubellanı (məxmərək) yoxlatdırın. H amiləlikdə risk  yaradan infeksiyalara qarşı immunitetinizin olduğundan əmin olun. Əgər sizə təyin edilən bir dərman istifadə edirsinizsə, həkiminizin  hamilə qalmağı  planlaşdırdığınızın söyləyin. Əgər siqaret çəkirsinizsə, alkoqol və ya narkotik mad...